Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Amoled” ekranların istehsalına 5 milyard dollar sərmayə yatırır


“Digitimes Research” tədqiqat şirkətinin yaydığı informasiyaya əsasən, Cənubi Koreya şirkətinin “Samsung Display” bölməsi “AMOLED”-texnologiyanın hazırlanmasına təxminən 5 milyard dollar məbləğində sərmayə qoymağı planlaşdırır.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə şirkət bu sahəyə təxminən 4 milyard dollar xərcləyib.

Cari ildə “Samsung Display” “AMOLED”-məhsulun populyarlaşması ilə əlaqədar əlavə 3-5 milyard dollar xərcləməyə hazırlaşır,- “DigiTimes” portalı yazır. Nəticədə, “Samsung”un “AMOLED” məhsulundan illik gəliri maye kristal ekranlardan yüksək ola bilər.

Emil Hüseynov
 




15/05/14    Çap et