Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponlar 20 dəfə daha sürətli enerji toplayan akkumulyator düzəldiblər


Yerli KİV yazır ki, Yaponiyanın “Power Japan Plus” şirkəti Küsü Universitetinin mütəxəssisləri ilə birgə karbon yanacaq elementi ilə işləyən batareya  hazırlayıb.

“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, istehsalçılar əmin edirlər ki, "Ryden" adlandırılmış batareya hazırda elektron qurğularda geniş şəkildə tətbiq olunan litium-ion batareyaları ilə müqayisədə 20 dəfə sürətli enerji toplayır.

Yeni batareya 3 min doldurulma-boşalma imkanına malikdir. “Power Japan Plus” şirkətinin rəsmisi deyib ki, “Ryden” batareyasının istehsalı litium-ion analoqlarla müqayisədə daha ucuz başa gəlir.

Emil Hüseynov
 




15/05/14    Çap et