Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Delta Telecom” şirkətinin xidmətləri onlayn ödəmələr sisteminə inteqrasiya olunub
“AzeriCard” prosessinq mərkəzi tərəfindən “Delta Telecom” telekommunikasiya operatoru onlayn ödəmələr sisteminə qoşulub.
Prosessinq mərkəzindən verilən məlumata görə, indi “Delta Telecom”un istifadəçiləri evdən və ya ofisdən çıxmadan, onlayn rejimində şirkətin xidmətlərini ödəmək imkanı əldə edirlər. Nağdsız ödəməni “www.azericard.com” saytında yerləşən “AzeriCard” ödəmə səhifəsində aparmaq olar. Ödəmə “Visa”, “Visa Electron”, “MasterCard” və “Maestro” elektron bank kartları vasitəsi ilə həyata keçirilir.
Qeyd edək ki, elektron bank kartlarının məlumatlarının təhlükəsizliyi “3D Secure” sistemi tərəfindən təmin olunur.
CAHANGİR
15/05/14 Çap et