“Adsız” planşetlərin qlobal təchizat həcmləri 27,4% azalıb
Bu ilin birinci rübündə dünya üzrə “adsız” planşetlərin təchizatının həcmi 20,4 milyon təşkil edib.
“ICTnews” xəbər xidmətinin “
www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, təchizat həcminin azalması əsasən, “adsız” planşetlərin vendorlarının Çində yerləşməsi ilə bağlıdır.
Təchiz edilən modellər arasında 7 düymlük modellərin payı 70,5%, 7,85/7,9 düymlük modellərin 21,3%, 8 və 9 düymlük 4,2%, ölçüsü 9 və 10 düymdən yuxarı 2,9%, ölçüsü 10 düymdən yuxarı olan planşetlərin payı isə 1,1% təşkil edib.
Hindistan, İndoneziya, Tailand, Rusiya və Şərqi Avropa ölkələri kimi inkişaf edən ölkələrdə artan tələbatı nəzərə alaraq ekspertlər ikinci rübdə “adsız” planşetlərin təchizat həcmlərinin artımını 14,2%, il ərzində isə 45,6% proqnozlaşdırırlar. Beləliklə, bu il ərzində “adsız” planşetlərin təchizat həcmlərinin 23,3 milyonadək artacağı gözlənilir.
Aynur Vəliyeva