Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” şirkəti “Blink” messencerini satın alıb


“Yahoo!” növbəti satınalmasını edib: internet-korporasiya bu dəfə “Blink” mesajlaşma tətbiqinin tərtibatçılar komandasını satın alıb.
 
“Blink” messencerinin köməyi ilə digər istifadəçiyə mətn, şəkil və videomateriallar göndərmək olar. Sistemin əsas xüsusiyyəti odur ki, müəyyən müddətdən sonra mesajlar öz-özünə silinir. Tətbiq “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün əlçatandır.
 
“ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Yahoo!” və “Blink” arasında razılaşmanın şərtləri açıqlanmır. Amma məlumdur ki, satın alınmış messencer bir neçə həftə ərzində fəaliyyətini dayandıracaq və onun bütün tərtibatçılar komandası "ağıllı kommunikasiyalar" sahəsində məhsulların inkişafı üçün “Yahoo!” şirkətinə qoşulacaq.
 
Qeyd etmək lazımdır ki, Marissa Mayerin “Yahoo!”-nun baş direktoru vəzifəsində işlədiyi andan internet-korporasiya kiçik şirkətləri aktiv şəkildə satın alır.
 
Emil Hüseynov
 




15/05/14    Çap et