Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “TASİM” layihəsi çərçivəsində görüş keçirilə bilər
"Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi çərçivəsində operatorların görüşünün keçirilməsi müzakirə olunur.
"TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda artıq bununla bağlı danışıqlar aparılır.
“Tərəflərə uyğun olduğu halda gələn ay ərzində layihəyə daxil olan ölkələrin operatorlarının Bakıda görüşü keçiriləcək”,- deyə o bildirib.
Qeyd edək ki, ötən ilin dekabr ayında layihəyə daxil olan 5 ölkənin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Çinin mobil rabitə operatorları memorandum imzalayıblar. Memoranduma əsasən, layihəni birbaşa həyata keçirəcək operatorlar bu il prinsipial razılaşma müqaviləsini imzalamalıdırlar. İlkin məlumatlara əsasən, layihənin ümumi dəyəri 100 milyon dollar təşkil edəcək.
Aynur Vəliyeva
15/05/14 Çap et