Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Etohum” tədbiri mayın sonunda keçiriləcək


 Türkiyə Respublikasında ən böyük startup tədbirlərinin təşkilatçıları və Səhmdar klubu olan “Etohum”un nümayəndələri yenidən Azərbaycana gəlir.
 
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, “Etohum”un ötən ildə olduğu kimi, cari ildə də Bakıda növbəti toplantısının keçirəcəyi açıqlanıb.
 
 Sözügedən tədbir mayın 31-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında keçiriləcək. Burada internet sahibkarlıqla məşğul olan şəxslərin ideyalarına qulaq asılaraq, mentorluq ediləcəyi planlanır.
 
Qeyd edək ki, artıq “Etohum” özünün rəsmi internet səhifəsində sözügedən təbdirlə bağlı elan yerləşdirib. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən startup qrupları “Etohum”un saytına (http://www.etohum.com/etkinlik/etohum-baku) daxil olaraq qeydiyyatdan keçə və adıçəkilən tədbirdə iştirak etmək istədiklərini bildirə bilərlər.
 
Qeyd edək ki, hazırda tədbirdə iştirak edəcək “Etohum” spikerlər məlum deyil. Onların adlarının da yaxın vaxtlarda açıqlanacağı bildirilir.
 
 
Seymur




15/05/14    Çap et