Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC One mini 2” smartfonu nümayiş etdirilib
“HTC” şirkəti “HTC One mini 2” smartfonunu nümayiş etdirib. Şirkətin mühəndisləri funksionallığa zərər vurmadan aparatın ölçüsünü kiçiltməyə çalışıblar.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “HTC One mini 2” smartfonunun ölçüsü 137x65x10.6 mm, çəkisi 137 qram təşkil edir. Aparat 1280x720 nöqtə təsvir ölçülü 4,5 düymlük ekranla təchiz edilib. Smartfon 1,2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 400” prosessoru ilə işləyir, 1 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib, həmçinin “microSD” yaddaş kartları üçün slot var. Batareyanın tutumu 2100 milliamper/saat təşkil edir, şirkət rəsmiləri iddia edir ki, bu, “3G” şəbəkəsində 16.2 saat danışıq üçün kifayətdir.
Qurğu ikinci, üçüncü və dördüncü nəsil şəbəkələrində işləyir və "nano" form-faktorlu SİM-kart tələb edir. “NFC”, “Bluetooh 4.0”, “Wi-Fi a/b/g/n” modulları, “GPS” və “QLONASS” dəstəklənir. Yeni “HTC One” mini-versiyasının əsas kamerasının təsvir ölçüsü 13, ön kamerada isə 5 meqapikseldir. Ön paneldə yığcam smartfon üçün keyfiyyətli səsə malik güclü “BoomSound” stereodinamikləri yerləşdirilib.
Qurğu iyunda Avropa ölkələrində satışa çıxarılacaq. Aparatın qiyməti bildirilməyib, ancaq aparat 520 avro qiymətinə Avropanın bəzi internet mağazalarında artıq yerləşdirilib.
Emi Hüseynov
15/05/14 Çap et