Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” 6 il sonra sürücüsüz avtomobillərin kütləvi istehsalını planlaşdırır
“Google”un sürücüsüz hərəkət edən avtomobilləri artıq 1 milyondan çox km məsafə qət edib və hazırda ABŞ şirkəti onları kütləvi bazara çıxarmağı planlaşdırır. Bu haqda “Google” şirkətində bu istiqamət üzrə direktor Kris Armson deyib.
“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, Armsonun sözlərinə görə, şirkət kütləvi istehsal imkanı haqqında dünya avtoistehsalçıları ilə danışıqlar aparır. O, həmçinin deyib ki, 6 il sonra sürücüsüz avtomobillərin kommersiya istifadəsinə başlanılacaq.
Kris Armson deyib ki, sürücüsüz avtomobil baha qiymətə satılacaq. Sistemin ən bahalı komponenti lazer qurğusudur. Bir ildə cəmi 150 ədəd buraxılır. Ancaq direktor deyib ki, istehsal həcminin artması ilə əlaqədar komponentlərin qiyməti azalacaq.
Hazırda “Google” şirkəti sürücüsüz avtomobilləri müxtəlif yollarda sınaqdan keçirir.
Emil Hüseynov
16/05/14 Çap et