Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Teleradio” rəqəmli yayım xidmətlərinin əhatə dairəsini genişləndirir


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) bu ilin sonunadək ölkə regionlarında yeni avadanlıqlar quraşdıracaq.
 
“Teleradio”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, il ərzində İstehsalat Birliyi  rəqəmli televiziya xidmətlərinin göstərilməsi üçün 15 siqnal ötürücü aparatı quraşdırmaq niyyətindədir.
 
Hazırda avadanlığın bir hissəsi artıq alınıb və quraşdırma işlərinə başlanılıb. Ötürücü aparatlar əsasən TV siqnalı ilə əhatə edilməyən yaşayış məntəqələrində və ya siqnalın aşağı səviyyədə qəbul olunduğu kəndlərdə quraşdırılacaq.
 
Ötürücü aparatlar Xızı, Şamaxı, Siyəzən, Quba, İsmayıllı, Qax, Cəlilabad, Yardımlı, Astara, Göygöl, Gədəbəy, Qazax, Tovuz və Daşkəsən rayonlarında quraşdırılacaq.
 
Aynur Vəliyeva





16/05/14    Çap et