Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan bazarına yeni informasiya təhlükəsizliyi avadanlıqları təqdim ediləcək


Rusiyanın "Altell" şirkəti “MONT” şirkəti ilə tərəfdaşlıq əsasında Azərbaycanda “ALTELL NEO” şəbəkə ekranlarının satışını artırmaq niyyətindədir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətlər arasında artıq müqavilə imzalanıb və “MONT” şirkəti distribüter statusunu alıb.

“MONT”-un diler şəbəkəsi hazırda 5 mindən çox təşkilatı birləşdirir və Rusiya, Gürcüstan, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Ermənistan və Monqolustanı əhatə edir.

“ALTELL NEO” yeni nəsil sertifikatlaşdırılmış aparat şəbəkələrarası ekranlardır. Bu qurğuların əsas xüsusiyyəti trafikin filtrasiyası imkanları ilə müdafiə olunmuş rabitə kanallarının yaradılması, müdaxilələrin qarşısının alınması, kontent-filtrasiya və ziyanverici proqramlardan müdafiə funksiyalarının birləşdirilməsidir, bu da təhdidlərdən müdafiənin idarə edilməsi üzrə unifikasiya edilmiş  vasitələrin müasir konsepsiyasına tam uyğun gəlir.
 
Aynur Vəliyeva
 




16/05/14    Çap et