Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Eurovision-2012" ilə əlaqədar "Ailə TV"-dən əlverişli təklif


Dünyaca məşhur olan "Eurovision-2011" mahnı yarışmasında Azərbaycanın qalib olması və növbəti yarışmanın 2012-ci ildə Bakıda keçirilməsi ölkədə turizm sahəsinin, xüsusilə də mehmanxana biznesinin inkişafı üçün yeni imkanlar açır. Bu ilk növbədə yeni mehmanxanaların tikilməsi və mövcud olanların yenidən qurulması, mehmanxanalarda olan xidmətin dünya standartlarına çatdırılması və s. kimi işləri əhatə edir.

Bu sahənin inkişafına ölkəmizdə fəaliyyət göstərən şirkətlər də dəstək verməyə çalışırlar və inkişaf prosesinə öz töhvələrini verməkdə maraqlıdırlar. Digər şirkətlər kimi "Ailə TV" Kabel Operator Televiziyası da bu proseslərdən kənarda qalmır və özünün yeni-yeni təklifləri ilə çxış edir.

Bununla bağlı olaraq, tele və radio yayımda ən son texnologiyadan istifadə edən "Ailə TV" mehmanxana biznesi sahəsində kommunikasiya və rabitə imkanlarını özündə birləşdirən yeni bir brendi təqdim edir ki, bu da mehmanxanalara, istirahət mərkəzlərinə və digər ictimai obyektlərə onların öz rəqəmsal telviziya şəbəkələrinin yaradılması, hər bir mehmanxanaya, məhz ona uyğun olan rəqəmsal yayım paketlərinin yığılması kimi xidmətlərin göstərilməsini əhatə edir.

Məhz "A Hotel" adlanan brend, Bakı şəhərinin mehmanxanalarında və istirahət mərkəzlərində təkcə yüksək keyfiyyətli "Ailə TV" kabel operator televiziyasının xidmətlərini deyil, həmçinin "Ailə NET" internet provayderinin xidmətlərinin göstərilməsi imkanlarını da özündə əks etdirir.

Qeyd edək ki, elə "AHotel" brendi "Ailə TV" və "Ailə NET" xidmətlərinin vəhdətidir və ölkəmizdə sırf olaraq mehmanxana biznesi üçün hazırlanıb.

"Ailə TV"-nin "A Hotel" brendi altında mehmanxanalar və istirahət mərkəzləri üçün irəli sürdüyü əlverişli təkliflərdə ən vacib məqam ondan ibarətdir ki, "Ailə TV" bu brend altında mehmanxanalara göstərilən xidməti "Eurovision-2012" yarışmasının sonunadək tamamilə pulsuz həyata keçirəcək. Təqdim olunan xidmətlər isə aşağıdakılardır: İlk növbədə kabel televiziyası xidmətləri: Bu xidmətlər analoq və rəqəmsal platformada yüksək keyfiyyətli səs və görüntü ilə 155-dən çox tanınmış kanalların yayımını nəzərdə tutur ki, onlardan da 39-u xarici dildə yayımlanır. Eyni zamanda "A Hotel" brendi altında hotellərdə rəqəmsal yayım bazasında HDTV yayım imkanları da təklif olunur.

Bu xidmətdə yüksək dəqiqlik ilə, Dolby Digital AC-3 5.1 səs formatında yayımlanan 5 kanal təqdim edilir. Mehmanxanalarda interyerin vacibliyini nəzərə alaraq, "Ailə TV" həm də CAM modul texnologiyasını da təqdim edir.

Bu texnologiya rəqəmsal və HDTV yayımı dəstəkləyir. Modul televizorun içərisində yerləşdirilir və heç bir kənar aparat və ya əlavə kabellərə ehtiyyac olmur. Idarəetmə məsafədən pult vasityəsi ilə həyata keçirilir ki, bu zaman da mehmanxana otaqlarının dizaynına heç bir xələl gəlmir.

Bundan başqa, mehmanxanalara təqdim olunan növbəti xidmət isə fiber-optik texnologiya bazasında genişzolaqlı, yüksək sürətli 1 mb/s-dən 100 mb/s-dək internet qoşulmadır ki, bu da mehmanxanalarda yerli və xarici vətəndaşlara sürətli intenet imkanları təqdim edir.

Qeyd edək ki, "Ailə TV" "A Hotel" brendi altında göstərdiyi xidmətləri və eləcə də şəbəkəyə qoşulmanı və kabeli öz hesabına həyata keçirir və müştərilərimizin ilkin xərcləri yalnız rəqəmsal və ya HD qəbuledicilərə sahib olmaqdır.

"A Hotel" brendi eyni zamanda öz müştərilərinə gələcəkdə də yeni təkliflər təqdim edəcəkdir ki, bunlar da bazarın analizi və nəticədə, birlikdə sırf mehmanxana auditoriyasına yönəldilmiş kanallar paketinin yığımı, dinamik halda qoşulmuş otaqların sayını dəyişmək və s. olacaq.




20/08/11    Çap et