Bakıda “IDC IT Security and Datacenters Transformation Roadshow 2014” keçiriləcək
İyunun 12-də Bakıda “IDC IT Security and Datacenters Transformation Roadshow 2014” konfransı keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, konfransda “İDC”-nin analitiklərinin, informasiya texnologiyaları sahəsində müstəqil ekspertlərin İT sahəsinin liderlərinin məlumatların emalı və informasiya təhlükəsizliyi məsələlərinin müzakirəsi gözlənilir.
Tədbir çərçivəsində “Biznes maraqları və İT: tələbatların və risklərin tarazlığı”, “Təhdidlərin və mühafizənin transformasiyası”, “Kiberməkan, kiberfəza, kibercinayətkarlıq və kibermüharibələr”, “Mobilliyin və buludların məlumatların təhlükəsizliyinə və məlumatların emalı mərkəzlərinə təsiri”, “Təhlükəsizlik və risk: idarəetmədən rəhbərliyə”, “Konvergent fiziki və virtual İT-infrastrukturun məlumat emalı mərkəzlərində idarəedilməsi” kimi mövzulara toxunulacaq.
Tədbir haqda daha ətraflı məlumatla
http://ca.idc.com/secdata14az/ru saytında tanış olmaq olar.
Aynur Vəliyeva