Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Həkimlər “3D” printerin köməyi ilə yaradılmış çanaq-bud oynağını britaniyalı qadına implantasiya ediblər
“Sky News” telekanalının yaydığı məlumata görə, böyük britaniyalı həkimlər “3D” printerin köməyi ilə yaradılmış çanaq-bud oynağını 71 yaşlı qadına implantasiya edərək ona yenidən yerimək imkanı yaradıblar.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, titan protez quraşdırılana kimi britaniyalı qadın altı uğursuz əməliyyat keçirdib.
"Yenidən gəzməyim, sadəcə, fantastikadır, mən çox xoşbəxtəm" – pasiyent telekanala müsahibəsində deyib. Köçürülmə əməliyyatı Böyük Britaniyanın cənubunda Sauthempton xəstəxanasında həyata keçirilib.
Əməliyyatı keçirmiş cərrah Duqlas Danlopun sözlərinə görə, oynağın fiksajı üçün pasiyentin sümük beyninin hüceyrələrindən hazırlanmış yapışqandan istifadə olunub.
Emil Hüseynov
16/05/14 Çap et