Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qiymətli kağızların elektron qeydiyyatı ilə bağlı maarifləndirici tədbir keçirilib


Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində elektron xidmətlər vasitəsi ilə investisiya qiymətli kağızlarının buraxılışı və qeydiyyatı ilə əlaqədar maarifləndirici seminar keçirilib.
 
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, seminarda komitə əməkdaşları tərəfindən investisiya qiymətli kağızlarının elektron formada dövlət qeydiyyatı qaydaları, elektron qeydiyyatın üstünlükləri barədə seminar iştirakçılarına ətraflı məlumat verilib. 
 
 
Seminarda 54 təşkilatın nümayəndələri iştirak edib.
 
 
CAHANGİR
 
 




16/05/14    Çap et