Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola HD” smartfon hazırlayır


Bu həftə “Google” veb-korporasiyası tərəfindən alınmış “Motorola Mobility” şirkəti tezliklə “Droid HD” flaqman smartfonunu təqdim edə bilər. Veb-mənbələrin məlumatına görə, güclü aparat monoblok tipli korpusda hazırlanıb.

Qalınlığı 1 santimetrdən azdır. Qurğu, 1280×720 nöqtə kəskinlikli 4,5 düymlü sensor ekran və 1080p (1920×1080) formatında yüksək dəqiqlikli videoyazmanı dəstəkləyən 8 meqapiksel matrislə olan kamera ilə təchiz ediləcək. Yeni smartfonda videotelefoniya üçün ön kameranın olacağı bildirilib.

Qeyd edilib ki, yeniliyin “ürəyi”, ehtimal ki, 1Qhz takt tezliyindən az olmayan 2 nüvəli prosessor, əməli yaddaş tutumu isə 1 QB olacaq. Bundan başqa, “MicroSD” slotu, “MicroUSB” portu və “HDMİ” interfeysinin olacağı da bildirilib. “Droid HD” smartfonunun proqram platforması “Android” əməliyyat sistemi olacaq. Qurğunun sentyabr ayında çıxacağı gözlənilir.




20/08/11    Çap et