Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İsraildə yolları avtonom rejimdə minalardan təmizləyən robot-istehkamçı hazırlanıb
İsraildə yolları avtonom rejimdə minalardan təmizləyən robot-istehkamçı hazırlanıb. "SAHAR" adlandırılmış sistem İsrailin "Aviasiya sənayesi" korporasiyası, "VatEyrPoll" mühəndislik bürosu və Britaniyanın "KinetiKyu" müdafiə şirkətinin Şimali Amerika filialının ekspertlərinin birgə səyi ilə hazırlanıb.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "SAHAR" sistemi – bu, nəqliyyat yollarının avtonom rejimdə minalardan təmizləməsi üçün avtomatlaşdırılmış sərbəst hərəkət edən mexanizmdir. "SAHAR" insanın iştirakı olmadan müxtəlif şəraitdə və istənilən yerdə partlayıcı qurğuları neytrallaşdırmağa imkan verir.
Sistem yolları partlayıcı qurğu və maneələrdən təmizləyərək ərazinin xəritəsini yaradır.
İsrailin "Aviasiya sənayesi" korporasiyasının saytında yazılıb ki, hazırda bu məsələlər məsafədən idarə olunan sistemlərin köməyi ilə həyata keçirilir ki, bu da yolların minalardan təmizlənməsini xeyli ləngidir.
Emil Hüseynov
17/05/14 Çap et