Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda bu ilin əvvəlindən 469 milyon manatlıq rabitə xidməti göstərilib
Azərbaycan Dövlət Statistika Komitəsinin statistik hesabatına əsasən, ölkədə bu ilin yanvar-aprel aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 468,9 milyon manat təşkil edib.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu ilin dörd ayı ərzində ölkədə müəssisə və əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artıb.
Göstərilmiş informasiya və rabitə xidmətlərinin ümumi həcminin 72,4 faizi əhalinin payına düşüb.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 60,5 faizi mobil telefon rabitəsindən yaranıb və bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 283,8 milyon manat təşkil edib.
Aynur Vəliyeva
19/05/14 Çap et