Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda virtual infrastrukturun mühafizəsi ilə bağlı seminar keçiriləcək


Mayın 23-də Bakıda “MONT” şirkəti  “Kaspersky”, “Microsoft” və “GFI” şirkətləri ilə birlikdə seminar təşkil edəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə “Kaspersky Endpoint Security” və “Kaspersky Total Security” həllərinin biznes üçün üstünlükləri və onların lisenziyalaşmasının asanlığı, virtual infrastrukturun mühafizəsi üçün nəzərdə tutulmuş ”Kaspersky Security” proqramı, GFI korporativ şəbəkələrin mühafizəsi vasitəsi, “Microsoft Office” məhsullarının lisenziyalaşdırılması qaydaları haqda iştirakçılara məruzələr təqdim ediləcək.

Tədbir haqda daha ətraflı məlumatı http://www.mont.az/event/EventRegistration.aspx?EventID=2080 internet ünvanından almaq olar.
 
Aynur Vəliyeva
 
 




19/05/14    Çap et