Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” “Snapchat” stilində videomessencer yaradır
“The Financial Times” nəşri yazır ki, “Facebook” sosial şəbəkəsi “Snapchat” proqramı stilində videomessencer yaradır. Yeni tətbiqin “Slingshot” adlandırıldığı iddia edilir. Məlumata görə, proqram üzərində artıq bir neçə aydır ki iş aparılır.
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, mənbələrə əsasən, “Slingshot” videomessenceri sadə və sürətli istifadəçi interfeysinə malik olacaq. Tətbiqin bu ay istifadəyə veriləcəyi istisna edilmir, amma “Facebook” bu layihədən hələ imtina edə bilər.
Bildiyimiz kimi, “Facebook” ötən il “Snapchat” messencerini 3 milyard dollara satın ala bilməyib. Məhz bundan sonra “Slingshot” proqramının hazırlanmasına qərar verilib.
Emil Hüseynov
19/05/14 Çap et