Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə 740 milyon məxfi fayl oğurlanıb


“Zurich insurance Group” sığorta şirkəti ilə “Atlantic Council” analitik agentliyi tərəfindən birgə hazırlanmış tədqiqata əsasən, 2013-cü ildə hakerlər tərəfindən 740 milyon məxfi fayl oğurlanıb və qanunsuz baxılıb.

“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, tədqiqata əsasən, təxminən 2,5 milyard insan müntəzəm internetdən istifadə edir və orta hesabla hər bir insana internetə qoşulmuş 6 cihaz düşür. Hər dəqiqə 204 milyon elektron məktub göndərilir, 640 TB həcmində məlumat ötürülür və 100 min tvit dərc edilir.

Bu halda məxfi informasiya ciddi iqtisadi çətinlik yarada biləcək çox həssas vəziyyətdədir. Hazırda dünyada fərdi şəxs və təşkilatları kibertəhdidlərdən qoruyacaq lazımi texnologiya yoxdur.

Emil Hüseynov




19/05/14    Çap et