Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mayda planşetlər üçün panellərin tədarük həcmi 15-20% yüksələcək


2014-cü ilin aprelində böyükformatlı maye kristal panellərin qlobal tədarük həcmi martla müqayisədə 2% azalıb və 65,29 milyon təşkil edib. Bu haqda “TrendForce” analitik şirkətinin bölməsi olan “WitsView”in ekspertləri məlumat veriblər.

2013-cü ilin apreli ilə müqayisədə televizor ekranlarının tədarük həcmi təxminən 6% artıb, amma cari ilin mart ayı ilə müqayisədə 2,3% aşağı olub.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, kompüter monitorları üçün panellərin tədarük həcmi 5,1% azalıb: ötən  ayda 13,28 milyon panel tədarük edilib. Noutbuk üçün ekran seqmentində də azalma müşahidə olunub: ötən ayla müqayisədə belə panellərin tədarük həcmi 3,2% azalaraq 15,37 milyon təşkil edib.

Eyni zamanda planşetlər üçün ekranların tədarük həcmi 16,11 milyona çatıb ki, bu da martla müqayisədə 2,8% yüksəkdir, amma 2013-cü ilin  müvafiq ayı ilə müqayisədə 10% aşağıdır.

Emil Hüseynov
 




19/05/14    Çap et