Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Brayl” klaviaturalı ilk telefon satışa çıxarılıb


“BBC”-nin məlumatına əsasən, Londonun “OwnFone” şirkəti “Brayl” klaviaturalı ilk mobil telefonun satışlarına başlayıb.

“OwnFone” telefonu ilk dəfə 2012-ci ildə Avropa bazarına çıxarılıb. Aparat yalnız əvvəlcədən təyin edilmiş nömrələrə zəng etməyə imkan verib. Bir il sonra “OwnFone” istehsalçıları uşaqlar üçün nəzərdə tutulmuş “1stFone” aparatını buraxıblar. Hazırda isə zəif görən və görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulmuş qurğu buraxıb.

“ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, yeni “OwnFone” aparatının ön və arxa panelləri “3D” çap texnologiyasının tətbiqi ilə hazırlanıb. Aparat əvvəlcədən təyin edilmiş nömrələrə zəng üçün üzərisi “Brayl” şrifti ilə yazılmış iki və ya dörd klavişlə təchiz edilə bilər.
“Brayl” klaviaturalı aparat 75 avro qiymətinə satılacaq.

Emil Hüseynov




19/05/14    Çap et