Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Parisdən Moskvaya 1 saata çatmaq olacaq


Pekin Nəqliyyat Universitetinin alimləri maqnit yastığı üzərində hərəkət edən qatar üçün tunel prototipi hazırlayıblar. Maqnitoplan (xüsusi boru daxilində hərəkət edən germetik kapsul-vaqonlar) tunelin daxilində saatda 2900 km-dək sürət yığacaq. Nəzəri cəhətdən bu cür yüksəksürətli maqlev Parisdən Moskvaya 1 saata çatmağa imkan verəcək.

“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, kommersiya istismarına daxil edilmiş ən sürətli maqnitoplanın sürəti saatda 431 km-dir.

Mühəndislərin yaratdığı tuneldə havanın müqaviməti dəniz səviyyəsində atmosfer təzyiqi ilə müqayisədə 10 dəfə aşağıdır. Maqnitoplan tunelin daxilində az enerji sərf edərək səssiz hərəkət edə bilər.

Emil Hüseynov




20/05/14    Çap et