Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur dizayner “Google Glass” smart eynəyini inkişaf etdirəcək


“Google” şirkəti “Google Glass” artırılmış reallıq eynəyinin layihəsi üçün yeni rəhbər seçib. O, məşhur dizayner Ayvi Rossdur. Onun vəzifəsi “Google Glass” smart eynəyini kütləvi auditoriya üçün cəzbedici məhsula çevirməkdir.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Ross “Google”da işləməzdən əvvəl “Disney”, “Mattel”, “Swatch”, “Coach”, “Calvine Klein” və başqa böyük və dəbli şirkətlərdə işləyib. Ross mayın 19-da “Glass” layihəsinin direktoru kimi öz vəzifəsinin icrasına başlayacaq.
 
Xatırladaq ki, “Google” bu yaxınlarda “Google Glass” smart eynəyini satın almaq üçün bütün məhdudiyyətləri ləğv edib. Dünəndən başlayaraq ABŞ-ın istənilən sakini bu cihazı satın ala bilər.
 
Emil Hüseynov




20/05/14    Çap et