ABŞ rəsmən Çin hərbçilərini kibercasusluqda təqsirləndirib
ABŞ rəsmən Çin hərbçilərini sənaye casusluğunda təqsirləndirib. Belə ki, Çin ordusunun beş zabitinə qarşı ABŞ kompüter sistemlərinə müdaxilə və ticarət sirlərinin oğurlanması ilə bağlı ittiham irəli sürülüb.
Hazırda bu, ABŞ hakimiyyətinin haker üsullarının tətbiqi ilə Çinin kəşfiyyat fəaliyyətinə verdiyi ən kəskin reaksiyadır və korporativ kibercasusluqla bağlı ittihamlar xarici hökumətlərin konkret vəzifəli şəxslərinə qarşı ilk dəfədir irəli sürülür.
Çin hakerlərinin diqqətini çəkən obyektlər Pitsburqda yerləşən nüvə, metallurgiya sənayesi, günəş enerjisi sahəsində fəaliyyət göstərən şirkətlər olub. Konkret olaraq söhbət “Alcoa Inc.”, “Allegheny Technologies Inc.”, “United States Steel Corp.”, “Westinghouse Electric Co.”, “SolarWorld AG” şirkətlərindən, eləcə də ABŞ Peyk Sənayesi İşçiləri Həmkarlar İttifaqı (United Steelworkers Union) olub.
Rəsmi Pekin ittihamları rədd edərək onları uydurma adlandırıb və bəyan edib ki, bu cür əməllər ölkələr arasında etimada ziyan vurur. Bundan başqa, Çin Xarici İşlər Nazirliyi internet məsələləri üzrə Çin-ABŞ İşçi qrupunun fəaliyyətini dayandırdığını bildirib.
Skeptiklər qeyd edirlər ki, ABŞ hökuməti təqsirləndirilən şəxslərin Çin tərəfindən təhvil verilməyəcəyinə görə həbs edə bilməyəcək.
Bununla belə, Ağ Ev məsələ ilə bağlı ilk şərhlərlə çıxış edib. Mətbuat katibi Cey Karni deyib ki, Vaşinqton Pekinlə səmərəli münasibətlərin davam etdirilməsinə tərəfdardır və gələcəkdə kibertəhlükəsizliyin pozulması hallarının qarşısını almaq üçün birlikdə çalışmaq niyyətindədir, - "Lenta
www.lenta.ru” yazır.