Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu İT təchizatla bağlı tender elan edib
Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu İT təchizatla bağlı daha bir tender elan edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tender 3 lot üzrə keçirilir: lot 1 - "GNİ Software" avtomatlaşdırılmış mühasibat proqramına illik texniki dəstək xidməti; lot 2 - "Elektron İpoteka Sistemi"nə illik texniki dəstək xidməti; lot 3 - İnformasiya Mübadiləsi modulu sisteminə 6 aylıq dəstək xidmətinin satınalınmasını nəzərdə tutur.
Tenderdə iştirak haqqı 1-ci və 2-ci lotlar üzrə 200 manat, 3-cü lot üzrə isə 100 manat təşkil edir.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) iyunun 9-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə iyunun 20-dək Bülbül prospekti, 40 ünvanına təqdim etməlidirlər. Tender proseduru iyunun 23-də keçiriləcək. Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Aynur Vəliyeva
20/05/14 Çap et