Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ilin sonunda LTE abunəçilərinin sayı 335 milyonadək artacaq


“4G/LTE” texnologiyası dünya telekommunikasiya bazarı üzrə sürətlə populyarlaşır. “Digitimes Research” tədqiqat şirkətinin proqnozuna görə, 2013-cü ilin sonunda bu rabitə standartı ilə işləyən abunəçilərin sayı 200 milyonu ötüb və cari ilin nəticəsinə görə, bu göstərici 335 milyon istifadəçiyədək artacaq.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, şirkətin əməkdaşlarının sözlərinə görə, dördüncü nəslin şəbəkələrini fəal inkişaf etdirən ABŞ-ın “Sprint” və “T-Mobile USA” operatorları, həmçinin Çin şirkətləri qlobal LTE auditoriyanın inkişafına böyük töhfə veriblər.
 
 2013-cü ildə istismara verilmiş 260 LTE şəbəkə kommersiya statusuna malik olub ki, onların arasında TD-LTE şəbəkələrinin sayı ötən illə müqayisədə iki dəfə artıb.
 
“Digitimes Research”in hesablamasına görə, 2013-cü ildə LTE dəstəkli  1371 qurğu modeli işləyib ki, bu da ötən illə müqayisədə 106% daha çoxdur.
 
Emil Hüseynov




20/05/14    Çap et