Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Siyəzən rayonunda vətəndaşlarla görüşəcək



     Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun mayın  24-ü saat 10:00-da Siyəzən rayonunda (Siyəzən, Şabran, Xızı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.

    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

    Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Siyəzən rayonunda 304-01-20

Şabran rayonunda  353-20-04

Xızı rayonunda 315-00-00

 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.


 
 
 
 
 
 
 




21/05/14    Çap et