Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ADİU-da qiyabi təhsil alan bakalavrlar Distant və əlavə təhsil mərkəzinə köçürüləcəklər
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) qiyabi təhsillə bağlı yenilik edilib. ADİU-dan verilən məlumata görə, universitet rektorunun mayın 20-də imzaladığı əmrə əsasən, ali məktəbin bakalavr hazırlığı səviyyəsində qiyabi təhsil alan bütün kurs tələbələri təhsillərini davam etdirmək üçün Distant və əlavə təhsil mərkəzinə köçürüləcəklər.
ADİU-da ilk dəfə reallaşdırılacaq yeniliyin məqsədi qiyabi təhsilin keyfiyyətini artırmaq, şəffaflığı təmin etmək, idarəetməni təkmilləşdirməkdir.
Bu dəyişiklik bütün ixtisaslar üzrə qiyabi təhsilin tədris plan və proqramlarının vahid mərkəzdən idarə edilməsini təmin edəcək.
Bu günə qədər ADİU-da qiyabi təhsil fakültələrin nəzdində tədris olunurdu. Nəticədə qiyabi təhsilin səmərəliliyinə kifayət qədər diqqət ayrılmırdı. Bundan sonra qiyabi təhsil alan bakalavrlar təhsillərini Distant və əlavə təhsil mərkəzində davam etdirəcəklər.
Qeyd edək ki, hazırda ADİU-da 3 minədək tələbə qiyabi təhsil alır.
CAHANGİR
21/05/14 Çap et