Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” ABŞ-dan kənarda videoreklam sistemini işə salır


“Facebook” ABŞ-dan kənarda videoreklam sistemini işə salır. Şirkətin bəyanatına əsasən, bu təşəbbüs istifadəçilərin xəbər lentində avtomatik gördükləri 15 saniyəlik çarxların auditoriyasını artırır.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, videoreklam ilk dəfə bu ilin dekabrında “Facebook”un Amerika versiyasında işə salınıb. “Facebook” üçün əlavə gəlir mənbəyidir. İlk öncə videoreklamda çarxların sayı xeyli az olub, amma “Facebook”dan bildirilib ki, şirkət hazırda böyük sayda reklamçılarla saziş imzalayıb.
 
Dünəndən başlayaraq “Facebook” ABŞ-dan kənarda yeddi bazarda reklam satışlarına başlayıb.
 
Emil Hüseynov




21/05/14    Çap et