Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada “4K” formatlı ilk kanal açılır


Cənubi Koreyadan sonra Yaponiyada "Ultra HD” formatlı (4K) ilk televiziya kanalı açılır. İyunun 2-də rəsmən istifadəyə veriləcək “4K” kanal ilkin mərhələdə hər gün 6 saat fəaliyyət göstərəcək. Teleproqramlar “CS Digital Broadcasting” peyk platformasının 124 və 128-ci kanalları ilə ötürüləcək.    

Peyk qəbuledicisində və ya uyğun televizorda yeni telekanalların qəbulu üçün tamaşaçılar Yaponiyanın “NexTV-F” (Next Generation Television and Broadcasting Promotion Forum) operatorundan çıxış əldə etməlidirlər.  

3840х2160 piksel təsvir ölçüsündə yayımlanacaq “4K” formatlı kanal HEVC / 60 QHs standartından istifadə edilməklə kodlaşdırılacaq, - "HDTV www.hdtv.ru” yazır. 




21/05/14    Çap et