Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Nokia X2” smartfonunu hazırlayır


Bu yaxınlarda "Nokia" şirkətinin mobil bölməsinin tamhüquqlu sahibi olmuş "Microsoft" şirkəti artıq "Android" platforması ilə işləyən "Nokia X2" smartfonunun təkmilləşdirilmiş versiyası üzərində işləyir. KİV-də gedən informasiyaya əsasən, cihaz növbəti il satışa çıxarılacaq.
 
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, bir müddət əvvəl satışa çıxarılmış "Nokia X" smartfonu "Android" mobil əməliyyat sistemi ilə işləyən ilk aparat olub. Aparatın texniki xarakteristikaları zəifdir və faktiki olaraq alıcıların maraq dairəsini yoxlamaq üçün eksperimental qurğu olub.
 
Sələfi "Nokia X2" aparatı, həmçinin ucuz smartfon olacaq, amma daha güclü "Qualcomm Snapdragon 200" prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib.
 
Emil Hüseynov
 




21/05/14    Çap et