Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“eBay” bütün istifadəçilərdən parollarını dəyişməyi xahiş edib
“EBay” şirkəti bütün istifadəçilərdən öz parollarını dəyişdirməyi xahiş edib. Bu mesaj “eBay” şirkətinə məxsus “PayPal” elektron ödəniş sisteminin saytında dərc edilib.
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, xəbərdaredici mesaj iki səbəbdən dərc edilə bilər: ya “PayPal” bloquna müdaxilə edərək bu mesajı yazıblar, ya da sistemdə doğrudan da təhlükəsizliklə bağlı problem yaşanıb.
ABŞ-ın “eBay” şirkəti internet-hərrac, internet-mağaza və ani ödənişlər xidmətini göstərir.
Emil Hüseynov
21/05/14 Çap et