Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” virusa yoluxmuş cihazların sahiblərinə ödənişsiz antivirus təklif edəcək


“Facebook Security” rəsmi bloqunda dərc edilmiş xəbərə əsasən, tezliklə virusa yoluxmuş kompüter və ya mobil qurğulardan sosial şəbəkəyə daxil olan istifadəçilərə iki pulsuz antivirus proqramından birini quraşdırmaq təklif ediləcək.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, sosial şəbəkə bu və ya digər qurğunun virusa yoluxmasını hesabın aktivliyinin analizinə əsasən müəyyənləşdirəcək. Əgər aktivlik şübhəli hesab edilsə, istifadəçiyə “F-Secure Online Scanner” və ya “HouseCall” proqramını yükləmək təklif ediləcək.
 
Bununla belə, antivirusun quraşdırılması sorğusundan imtina etmək mümkün olacaq. Təxmin edilir ki, gələcəkdə “Facebook” istifadəçilərinə əlçatan antivirus proqramlarının siyahısını genişləndirəcək.
 
Emil Hüseynov
 




21/05/14    Çap et