Beş il sonra “Wi-Fi” üzrə çıxış nöqtələrinin sayı 10 milyonu ötəcək
Ötən ilin əvvəlində mobil və stasionar rabitə operatorları tərəfindən planetdə 4,2 milyon şəbəkəyə simsiz çıxış nöqtəsi istifadəyə verilib. Ekspertlərin qiymətləndirməsinə görə, yaxın beş ildə bu göstərici illik ən azı 15% artacaq və artıq beş il sonra 10,5 milyonu ötəcək.
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, simsiz internetə çıxış nöqtələrinin əsas hissəsi Asiya-Sakit okean regionu (68,6%) ölkələrində işə salınacaq. Başqa regionların payı aşağıdakı kimidir:
-
Latın Amerikası – 12,3%;
-
-
Avropa – 9%;
-
-
Şimali Amerika – 8,7%;
-
-
Afrika və Yaxın Şərq – 1,4%
-
Simsiz internetin aktiv inkişafı mobil operatorların şəbəkəsinə yüklənməni xeyli azaltmağa icazə verəcək ki, bu da abunəçilər üçün tariflərdə müsbət təsir göstərəcək.
Emil Hüseynov