Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maliyyə direktorlarının 75 faizi “bulud” texnologiyalarına etibar edir


"Oracle", "Accenture" və "Longitude Research" şirkətləri məqsədi müasir müəssisələrin maliyyə departamentlərinin əsas fəaliyyətinin qiymətləndirilməsindən ibarət olan araşdırmanın nəticələrini təqdim ediblər.  
 
 
Respondentlərin 70 faizi maliyyə direktorunun müasir texnologiyaların tətbiqinin aktiv tərəfdarı olduğunu bildirib, eyni zamanda maliyyə direktorlarının 75 faizi "bulud" hesablamaları, mobil texnologiyalar və sosial medianın müəssisənin maliyyə xidmətinin işinin təşkili prinsipini dəyişəcəyi fikrindədir. Bununla belə, rəhbər heyətdən olan rəyi soruşulanların yalnız 20 faizi hesab edir ki, onların maliyyə xidmətləri yuxarıda qeyd olunanları tətbiq edərək işdə istifadə edir. Rəhbər heyətdən rəyi soruşulanların 43 faizinin fikrincə, belə praktika satış şöbələrindən fərqli olaraq tətbiq edilmir.  
 
 
Sorğuda iştirak edən respondentlər "bulud" texnologiyalarının yeni keyfiyyətli informasiyanın formalaşmasında potensialının olduğunu fikirləşir. Rəyi soruşulanların dörddə bir hissəsindən çoxu (28 faiz) artıq "bulud" texnologiyalarından büdcə, planlaşdırma və proqnozlaşdırma proseslərinin dəstəklənməsi üçün istifadə edir, digər 34 faiz isə il ərzində "bulud" texnologiyalarına keçməyə hazırlaşır. Bundan başqa, rəyi soruşulan rəhbərlərin üçdə iki hissəsi (24 faiz) artıq "bulud" hesablamaları əsasında sistemləri tətbiq edib və ya bunu etməyi (45 faiz) planlaşdırır.
 
 
Maliyyə rəhbərləri və biznes liderlərindən olan respondentlərin təxminən 30 faizinin iş proseslərinin hələ də kağız və əlyazması əməliyyatlarına əsaslanmasını etiraf etməsinə baxmayaraq əməliyyatların avtomatlaşdırılması və onların rəqəmli formaya keçirilməsi üçün aşkar tendensiya mövcuddur. Bundan əlavə, sorğu iştirakçılarının 50 faizi mobil əlavələr, 53 faizi veb-əlavələr və onlayn servislərdən istifadə etdiyini qeyd edib, - "Computerworld www.osp.ru" yazır.   
 
 




22/05/14    Çap et