Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın poçt operatorunun kartları SMS bankçılıq-məlumatlandırma sisteminə qoşulub
“Azərpoçt” MMC-də daha bir yeni xidmət növü istifadəyə verilib.
“Azərpoçt”dan verilən məlumata görə, MMC-nin kartları, müştəri məmnunluğunun təmin edilməsi, yeni xidmətlərin tətbiqi və genişləndirilməsi məqsədi ilə yeni SMS bankçılıq-məlumatlandırma sisteminə qoşulub.
Qeyd edək ki, SMS bankçılıq-məlumatlandırma sistemi günün istənilən vaxtı müştərinin bank hesabları haqqında məlumat əldə etmək, internetə çıxış, üzərində kart olmadıqda belə əməliyyatlar həyata keçirmək və keçirilən əməliyyatlar barədə məlumat almaq üçün ən sadə, münasib etibarlı sistemdir.
CAHANGİR
22/05/14 Çap et