Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fitnes qolbaqların qlobal tədarük həcmi 2,7 milyona çatıb


“Canalys” analitik şirkətinin məlumatına əsasən, 2014-cü ilin birinci rübündə bütün dünyada ümumilikdə 2,7 milyon fitnes qolbaq tədarük edilib.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklər bu qurğuları iki kateqoriyaya ayırırlar: baza və smart-modellər. Birinci kateqoriyaya müəyyən məsələlərin icrası üçün nəzərdə tutulmuş cihazlar daxildir. Bu qurğular başqa smart-qurğular üçün aksesuar rolunu oynayır və kənar tərtibatçıların tətbiqlərini dəstəkləmir. Smart-modellər isə, əksinə, kənar tətbiqləri dəstəkləyir və çoxfunksionallığı ilə fərqlənirlər.
 
Emil Hüseynov
 
 
 




22/05/14    Çap et