Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti termostat, “Glass” eynəkləri və soyuducularda reklam yerləşdirməyə hazırdır
"Ağıllı" elektronika getdikcə insanların həyatında böyük yer tutur və “Google” reklam üçün bu imkandan istifadəyə ümid edir. “Nest” termostatları, soyuducu, avtomobil, "ağıllı" eynək və saatlarda reklamlar nümayiş etdirilə bilər.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Google”un ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına göndərdiyi məktubdan məlum olub ki, şirkət möhtəşəm reklam planları hazırlayır.
“Google” rəsmiləri məktubda qeyd edirlər ki, "mobil" qurğu anlayışı daima dəyişir, şirkət rəsmiləri daim əmindirlər ki, displeyə malik və internetə qoşulmuş istənilən qurğuda reklam elanları nümayiş etdirilə bilər.
Emil Hüseynov
22/05/14 Çap et