Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekranın ölçüsü və kamera “iPhone” alıcılarını az maraqlandırır


“IDC” analitik şirkətinin analitikləri mobil qurğu sahiblərinin hansı aspektlərə diqqət yetirdiklərini aydınlaşdırıb. Layihədə 25 ölkədən 50 min insan iştirak edib. Məlum olub ki, bütün hallarda avtonom iş vaxtı ən mühüm parametrdir.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, belə ki, “Windows Phone” platforması ilə işləyən smartfon sahiblərinin 53%-i bu ƏS-ni batareyanın müddətinə görə seçiblər, “Android” üçün bu göstərici 56%, “iOS” üçün 49% təşkil edir.
 
“iOS” cihazlarının alıcıları seçim zamanı kameranın təsvir ölçüsünə az önəm verirlər, “Android” istifadəçilərini internetdə sörfinqin sürəti narahat etmir, “WP” istifadəçilərini isə dəstəklənən şəbəkələr tipi maraqlandırmır.
 
 
Emil Hüseynov
 




22/05/14    Çap et