Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk “Full HD 3D” proyektoru


Tayvan şirkəti “Optoma” ev kinoteatrları üçün “Full HD” və “3D” dəstəyi ilə olan 1500 dollarlıq ilk proyektor istehsal edildiyini bildirib.

Proyektor 4000:1 ziddiyyəti, 1800 “ANSİ-lümen” (işıq seli vahidi) parlaqlığı ilə səciyyələnir. “HD33” təsviri 9,75 metrə qədər olan məsafədən 300 düym diaqonalla proyeksiya edə bilər.

Proyektor radiotezlik şüasaçanı ilə təchiz edilib. Bu isə aktiv “3D-RF” eynəyini qoşmağa imkan yaradır. “HD33” proyektorunda, həmçinin 2 “HDMİ” 1.4a girişi (biri komponent, biri isə kompozit), 1 “D-Sub”, “VESA 3D” portu və “RS-232” interfeysi var.




20/08/11    Çap et