Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qafqaz Universiteti Texnoparkı Türkiyə konqresində təmsil olunur
Bu gün Türkiyənin Kayseri şəhərində Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının (ÜSİMP) 7-ci Milli Konqresi işə başlayıb.
Qafqaz Universitetindən verilən məlumata görə, konqresə universitetin prorektoru Şahin Durmaz, Universitet - İş dünyası əlaqələri üzrə prorektor Uğur Arif Bölək və Qafqaz Universiteti Texnoparkının müdiri İsa Qasımov da qatılıb.
Xatırladaq ki, ÜSİMP 2007-ci ildə universitetlərdə texnologiya transfer mexanizmlərinin inkişaf etdirilməsinə və sənaye sektorunun texnologiya idxal edən və istifadə edən bir quruluşdan, texnologiya istehsal edən və ixrac edən, universitetlər ilə təsirli bir əməkdaşlıq içində olan və rəqabət gücü yüksək bir quruluşa çevrilməsində iştirak etmək məqsədilə təsis olunub.
Qeyd edək ki, sözügedən tədbir öz işini mayın 23-də yekunlaşdıracaq.
CAHANGİR
22/05/14 Çap et