Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Apreldə noutbukların tədarük həcmi azalıb


2014-cü ilin aprelində dünyanın beş aparıcı noutbuk istehsalçısı 2013-cü ilin mart və müvafiq ayı ilə müqayisədə daha az noutbuk tədarük edib. “Digitimes Research” analitiklərinin məlumatına görə, tədarüklərin həcmi müvafiq olaraq 24% və 3% azalıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislər azalmanı belə izah edirlər ki, şirkətlərin əksəriyyəti martda noutbukların anbar ehtiyat tədarükünü artırıblar, buna görə  apreldə noutbuklara tələbat azalıb.
 
Brend istehsalçıların beşliyindən yalnız “Asustek Computer” ötən ayla müqayisədə tədarüklərin həcmini artırmağa müvəffəq olub. Ekspertlər “Acer” və “Dell” şirkətlərində 15%-lik azalma qeydə alıblar. “Hewlett-Packard” şirkətində bu göstərici 40%-i ötüb.
 
Emil Hüseynov




22/05/14    Çap et