Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daha bir telekommunikasiya şirkəti İPTV xidmətini işə salıb


“Avirtel” MMC İPTV xidmətinin tətbiqinə başlayıb.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə şirkət rəsmi internet resursu vasitəsilə məlumat yayıb.
 
Məlumatda bildirilir ki, indi “Avirtel”in bütün internet abunəçiləri, həmçinin internet xidmətinə abunə olmayan müştərilər şirkətin təqdim etdiyi İPTV xidmətinə qoşula bilərlər.
 
İstifadəçilərə ən sərfəli şərtlərlə sürətli qoşulma və keyfiyyətli kanal yayımı təklif olunur: “Xidmətin qiyməti mövcud internet abunəçiləri üçün 5 manat, digər şəxslər üçün 10 manatdır”.
 
Qeyd edək ki, TV kanallarının sayı 130 ədəd təşkil edir.
 
CAHANGİR




23/05/14    Çap et