Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan fərdi identifikasiya nömrəsinin daxil edildiyi dövlət informasiya sistemlərinin siyahısında dəyişiklik edilib


Azərbaycan Nazirlər Kabinetinin 127 №-li qərarına əsasən "Azərbaycan Respublikası vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunu apardığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilib.
 
Dəyişikliklərə əsasən, qərar  "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunu apardığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nın on birinci abzasının ləğv edilməsini nəzərdə tutur.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi icazələrin reyestrini aparmaq səlahiyyəti ləğv edilib.
 
Aynur Vəliyeva




23/05/14    Çap et