Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” Somaya yardım etdi
Türkiyənin Soma rayonunda baş verən mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım kampaniyasına qoşulması ilə əlaqədar baş direktor Qənbər Bəybalayevin sədrliyi ilə Qızıl Aypara Cəmiyyətinin “Azərpoçt” bölməsinin iclası keçirilib.
İclasda Soma mədənində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclas çərçivəsində faciə nəticəsində ölənlərin ailələrinə Qızıl Ayparanın “Azərpoçt” bölməsinin hesab fondundan beş min manat yardım göstərilməsi təklif olunub.
Təklif iclasda iştirak edən qızıl ayparaçılar tərəfindən yekdilliklə dəstəklənib.
Beləliklə, kampaniyaya qoşulan poçt rabitəçiləri Türkiyənin Soma rayonunda baş verən mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım fonduna beş min manat pul köçürüb.
Xatırladaq ki, Türkiyə tarixinin ən böyük mədən qəzasında 301 nəfər ölüb, 120 nəfər xəsarət alıb.
RƏVAN
23/05/14 Çap et