Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2016-cı ildə daşınan elektronikaya maraq nəzərəçarpacaq dərəcədə azalacaq
Bir çox analitiklərin ümumi fikrinə əsasən, texnologiya sənayesində ən sürətli inkişaf edən bazarlardan biri daşınan elektronikadır. Ancaq "NPD Group" tədqiqatçıları hesab edir ki, daşınan elektronikanın satış həcminin artım sürəti artıq tezliklə zəifləyəcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, onların sözlərinə görə, insanın öz üzərində gəzdirdiyi kompüterləşmiş cihazlar bazarının yüksəlişi 2013-cü ilə təsadüf edir. "NPD" şirkəti hesab edir ki, 2014-cü ildə sözügedən qurğuların qlobal satış həcmi 48 milyonadək artacaq. Növbəti il daşınan elektronika bazarının həcmi artıq 91 milyona çatacaq.
Amma artıq 2016-cı ildə "ağıllı" qurğular ətrafındakı ajiotaj sakitləşəcək və bu məhsulların satış həcmi azalacaq. 2018-ci ildə bazarda yenidən artım qeydə alınacaq, amma müsbət dinamika əvvəlki tək olmayacaq.
"NPD Display Search" şirkətində Avropa televiziya bazarının tədqiqatlar üzrə direktoru Pol Qreyin sözlərinə görə, daşınan qurğular bazarı öz inkişaf tempinə görə DVD pleyer, maye kristal televizor, smartfon bazarı və rəqəmli elektronika sənayesinin başqa kütləvi seqmentlərinə oxşar olacaq. "Samsung", "LG" və başqa böyük istehsalçıların daşınan cihazlar bazarına gəlişi bu məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq" – ekspert əlavə edib.
Emil Hüseynov
23/05/14 Çap et