Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Texniki Universiteti beynəlxalq vebinarda təmsil olunub
Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin “Robototexnika və kompleks avtomatlaşdırma” fakültəsinin təşkil etdiyi beynəlxalq interaktiv seminarda (vebinarda) iştirak ediblər.
Universitetdən verilən məlumata görə, vebinarda “Maşın və mexanizmlər nəzəriyyəsi” fənninin tədrisində innovativ texnologiyalar və istiqamətlər, ali texniki məktəblərdə tədris texnologiyalarının əsas problemləri və inkişaf prioritetləri, eləcə də ixtisasartırma proqramları və onların reallaşdırılması xüsusiyyətləri, texniki təhsildə ingilis dilinin rolu mövzularında müzakirələr aparılıb.
Əksər MDB ölkələrinin də qoşulduğu vebinarda AzTU-nun Texnoloji maşınlar fakültəsinin “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri, t.e.d., dosent İsa Xəlilov və kafedranın professoru Ayaz Kəngərli çıxış edib, qoyulan problemlərin həlli üçün öz təkliflərini veriblər.
CAHANGİR
24/05/14 Çap et