Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti Azərbaycanda riteyl tərəfdaşları şəbəkəsini genişləndirmək niyyətindədir
“Microsoft” şirkəti Azərbaycan bazarında öz iştirakını daha da genişləndirmək niyyətindədir.
“Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepinin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkət yeni riteyl strategiyasına uyğun olaraq bütün işlədiyi ölkələrdə olduğu kimi Azərbaycanda da artıq ilk addımlar atıb.
“Gələcəkdə işlədiyimiz ölkələrdə öz iştirakımızı genişləndirmək niyyətindəyik. Azərbaycan bazarında yeni riteyl srategiyamıza uyğun olaraq ilk addımlarımızı atmışıq və bunun nəticəsində bazar payımız son bir il ərzində üç dəfə artıb. Azərbaycana gəldikdə deməliyəm ki, bizim yerli bazar üçün planlarımız yerli riteylerlərlə qarşılıqlı əməkdaşlıq qurmaq, tərtibatçılar birliyi yaratmaqdır. Bunun əsas səbəbi şirkətin burada rəqabətə dayanıqlığını təmin etməkdir”,- deyə o bildirib.
Aynur Vəliyeva
24/05/14 Çap et